İsrail BƏƏ-yə “Dəmir Günbəz” sistemi göndərdiyini rəsmən təsdiqləyib

İsrail BƏƏ-yə “Dəmir Günbəz” sistemi göndərdiyini rəsmən təsdiqləyib

Tarix: 05 Jul 2026 12:20

İsrailin nəqliyyat naziri Miri Regev İranla müharibənin əvvəlində İsrailin Birləşmiş Ərəb Əmirliklərində “Dəmir Günbəz” raketdən müdafiə sisteminin bir batareyasını yerləşdirdiyini təsdiqləyib.

Bu barədə “The Times of Israel” məlumat yayıb.

Nazir bildirib ki, bu qərar ballistik raket təhlükəsinin miqyası ilə əlaqədar qəbul edilib: “Onlar başa düşürdülər ki, ballistik raketlər ən ciddi problemlərdən biridir”.

Miri Regev “Dəmir Günbəz” sisteminin BƏƏ-də yerləşdirildiyini təsdiqləyən ilk İsrail rəsmisi olub.

Bundan əvvəl ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi də bunu təsdiqləmişdi.

Qeyd edək ki, münaqişə zamanı İran BƏƏ-yə qarşı uzunmüddətli hücumlar həyata keçirərək təxminən 550 ballistik və qanadlı raket, həmçinin 2200-dən çox pilotsuz uçuş aparatı buraxıb.

İsrail BƏƏ Dəmir Günbəz

Mənbə: apa.az

Xəbər Lenti