Britaniyada tullantılar arasında ölkənin Müdafiə Nazirliyinin sənədləri tapılıb

Britaniyada tullantılar arasında ölkənin Müdafiə Nazirliyinin sənədləri tapılıb

Tarix: 05 Jul 2026 22:57

Böyük Britaniyada Müdafiə Nazirliyinə məxsus sənədlər hərbi hissə yaxınlığındakı zibillikdə aşkarlanıb.

Bu barədə "The Sun on Sunday" qəzeti məlumat yayıb.

Məlumata görə, sənədlər İngiltərənin Şimali Yorkşir qraflığındakı Ketterik qarnizonundan təxminən 4 kilometr aralıda yerləşən bələdiyyə zibilliyində təsadüfən tapılıb.

Sənədlərdə hərbçilərin şəxsi məlumatları, silahların saxlanılması, növbə qrafikləri, təhlükəsizlik qaydalarının pozulması və fövqəladə hallara reaksiya protokolları barədə məlumatların yer aldığı bildirilir.

Britaniya ordusunun nümayəndəsi ilkin araşdırmalara əsasən, sənədlərdə əməliyyat xarakterli məxfi müdafiə məlumatlarının olmadığını açıqlayıb. Hadisə ilə bağlı Kral Hərbi Polisi araşdırma aparır.

Böyük Britaniya Müdafiə Nazirliyi sənədlər

Mənbə: apa.az

Xəbər Lenti