Bazar ertəsi, 6 İyul, 2026
Tarix: 05 Jul 2026 23:50
NATO-nun keçmiş baş katibi Yens Stoltenberq Almaniyanın mühüm hərbi gücə çevrilmək yolunda olduğunu bildirib.
Bu barədə o, "Der Spiegel" jurnalına müsahibəsində deyib.
"Bu, düzgün istiqamətdir və mən bunu alqışlayıram", – deyə Stoltenberq Almaniyanın NATO-da yeni rol qazanacağı ilə bağlı fikirlərə münasibət bildirərkən qeyd edib.
O xatırladıb ki, vaxtilə Almaniya müdafiə xərclərinə görə ABŞ, Böyük Britaniya və Fransadan sonra dördüncü yerdə idi.
"Bu vəziyyət köklü şəkildə dəyişib. Almaniya mühüm hərbi gücə çevrilmək yolundadır", – deyə Stoltenberq vurğulayıb.
Onun sözlərinə görə, bu transformasiyada Almaniyanın müdafiə naziri Boris Pistoriusun da mühüm rolu olub.
Almaniya NATO Stoltenberq
Mənbə: apa.az