Bazar ertəsi, 6 İyul, 2026
Tarix: 06 Jul 2026 01:29
ABŞ Prezidenti Donald Tramp NATO-nun Ankara sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən sonra Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparmağı planlaşdırır.
Bu barədə Reuters yüksək vəzifəli ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Tramp iyulun 8-də Zelenski ilə Ukraynadakı müharibənin dayandırılması imkanlarını müzakirə etdikdən sonra Putinlə də bu mövzuda danışacaq.
ABŞ rəsmisi bildirib ki, Tramp müharibəyə son qoyulmasını son dərəcə təcili məsələ hesab edir.
ABŞ Donald Tramp Ukrayna
Mənbə: apa.az