Bazar ertəsi, 6 İyul, 2026
Tarix: 06 Jul 2026 06:11
Türkiyənin tanınmış kino və teatr aktyoru Zihni Göktay 81 yaşında vəfat edib.
APA xəbər verir ki,bu barədə onun oğlu sosial media hesabında məlumat paylaşıb.
Aktyor bir neçə saat əvvəl müalicə aldığı xəstəxanada vəfat edib.
Qeyd edək ki, bir müddət əvvəl öz istəyi ilə qocalar evinə yerləşdirilmiş Zihni Göktay ayağının sınması səbəbilə əməliyyat olunmuşdu. Xatırladaq ki, Zihni Göktay 1945-ci ildə İstanbulda anadan olub. Aktyor Türkiyənin teatr, kino və dublyaj sənətində qısa müddətdə uğur qazanıb. “Hababam sınıfı”, “Atla gel, Şaban”dakı obrazları ilə yadda qalıb.
Mənbə: apa.az