Çərşənbə axşamı, 7 İyul, 2026
Tarix: 07 Jul 2026 14:25
Ötən il NATO-nun müdafiəsinə 37 milyard dollar investisiya yatırılıb.
APA xəbər verir ki, bunu NATO Baş katibi Mark Rutte Ankarada keçirilən NATO zirvəsində deyib.
Onun sözlərinə görə, gələn ilə qədər hərbi blok 4 milyon artilleriya mərmisi istehsal edəcək.
“Bu səhər əhəmiyyətli yeni kontraktlar imzalanıb və böyük bəyanatlar verilib. Bu kontraktlar bütünlükdə on milyardlarla dollar dəyərindədir və getdikcə artır”, - NATO Baş katibi bildirib.
Toğrul Quluzadə NATO Mark Rutte Ankara
Mənbə: apa.az