Çərşənbə axşamı, 7 İyul, 2026
Tarix: 07 Jul 2026 18:38
36-cı NATO Liderlər Sammiti çərçivəsində Türkiyəyə səfər edən Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş başa çatıb.
APA-nın Türkiyə bürosu xəbər verir ki, liderlərin görüşlərdən sonra ikitərəfli saziş imzalaması gözlənilir.
***
16:29
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə keçirilən NATO sammitində iştirak etmək üçün Ankaraya səfər edən ABŞ prezidenti Donald Trampı Türkiyəə Prezidentinin iqamətgahında qəbul edib.
APA xəbər verir ki, ABŞ prezidentinin şərəfinə fəxri qaravul dəstəsi düzülüb.
Liderlərin ikitərəfli münasibətləri və NATO daxilindəki məsələləri müzakirə edəcəyi gözlənilir.
Toğrul Quluzadə Türkiyə Ərdoğan Tramp







Mənbə: apa.az