Niderland və Ukrayna PUA-ların birgə istehsalı barədə saziş imzalayıb

Niderland və Ukrayna PUA-ların birgə istehsalı barədə saziş imzalayıb

Tarix: 07 Jul 2026 20:50

Niderland və Ukrayna pilotsuz uçuş aparatlarının birgə istehsalına dair əməkdaşlıq sazişi imzalayıblar. APA xəbər verir ki, bu barədə Niderlandın Baş naziri Rob Yetten "X" sosial şəbəkəsində məlumat verib.

Onun sözlərinə görə, saziş NATO-nun Ankara sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə imzalanıb.

Sənəd iki ölkə arasında pilotsuz uçuş aparatlarının birgə istehsalı sahəsində uzunmüddətli əməkdaşlıq üçün əsas yaradacaq.

Niderland Ukrayna PUA

Mənbə: apa.az

Xəbər Lenti