Qətər İrandan beynəlxalq gəmiçiliyi təhdid edən addımları dayandırmağı tələb edib

Qətər İrandan beynəlxalq gəmiçiliyi təhdid edən addımları dayandırmağı tələb edib

Tarix: 07 Jul 2026 23:27

Qətər hökuməti Hörmüz boğazında Qətərə məxsus mayeləşdirilmiş təbii qaz tankerinə hücumdan sonra İrandan beynəlxalq gəmiçiliyi təhdid edən hərəkətlərə son qoymağı tələb edib.

APA xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Macid bin Məhəmməd əl-Ənsari bildirib.

Onun sözlərinə görə, Doha Tehranı beynəlxalq gəmiçiliyin təhlükəsizliyini pozan və qlobal enerji təchizatını risk altına alan addımları dərhal dayandırmağa çağırır.

Əl-Ənsari əlavə edib ki, Qətər tankerə hücuma görə hüquqi məsuliyyəti tam şəkildə İranın üzərinə qoyur.

Qətər, İran, Hörmüz boğazı

Mənbə: apa.az

Xəbər Lenti