Kanadanın yaratdığı yeni müdafiə bankına Ukrayna da qoşulacaq

Kanadanın yaratdığı yeni müdafiə bankına Ukrayna da qoşulacaq

Tarix: 08 Jul 2026 02:58

Kanadanın təşəbbüsü ilə yaradılan Müdafiə, Təhlükəsizlik və Dayanıqlılıq Bankına (DSRB) Ukrayna da qoşulacaq.

Reuters-in məlumatına görə, bu barədə NATO-nun Ankara sammitində Kanadanın Baş naziri Mark Karni açıqlama verib.

Bankın 100 milyard funt sterlinqədək vəsait cəlb etməsi planlaşdırılır. Bu vəsait iştirakçı ölkələrdə müdafiə layihələrinin aşağı faizli kreditlərlə maliyyələşdirilməsinə yönəldiləcək.

Kanada Ukrayna NATO

Mənbə: apa.az

Xəbər Lenti