Rumıniya Ukraynadan PUA-ların özünü məhv etmə funksiyası ilə proqramlaşdırılmasını istəyib

Rumıniya Ukraynadan PUA-ların özünü məhv etmə funksiyası ilə proqramlaşdırılmasını istəyib

Tarix: 08 Jul 2026 05:45

Rumıniya Ukraynadan Qara dəniz üzərində istifadə olunan pilotsuz uçuş aparatlarının ölkənin ərazi sularına daxil olacağı halda avtomatik özünü məhv etmə funksiyası ilə proqramlaşdırılmasını tələb edib.

APA xəbər verir ki, bu barədə Rumıniyanın müdafiə nazirinin səlahiyyətlərini icra edən Radu Mirutsa bildirib.

Onun sözlərinə görə, bununla bağlı Ukraynanın müdafiə naziri Mixail Fyodorova rəsmi müraciət göndərilib.

Rumıniya Ukrayna PUA

Mənbə: apa.az

Xəbər Lenti