Çərşənbə, 8 İyul, 2026
Tarix: 08 Jul 2026 10:41
Norveç hökuməti Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi məqsədilə 3 milyard Norveç kronu (təxminən 268 milyon avro) ayırdığını açıqlayıb.
Bu barədə “Evropeyskaya pravda” Norveç hökumətinə istinadən məlumat yayıb.
Bildirilib ki, vəsait ABŞ istehsalı olan Patriot hava hücumundan müdafiə sistemləri üçün raketlərin alınmasına yönəldiləcək.
Qeyd olunub ki, Norveç Danimarka, Almaniya və Kanada ilə birlikdə PURL proqramı çərçivəsində yeni raketləri birbaşa ABŞ-dakı istehsal müəssisəsindən sifariş edəcək.
Norveç hökumətinin məlumatına görə, bu addım Ukraynanın hava hücumundan müdafiə qabiliyyətinin daha da gücləndirilməsinə xidmət edəcək.
İlqar Xudiyev Norveç ABŞ silahları Ukraynaya raket alışıMənbə: apa.az