Çərşənbə, 8 İyul, 2026
Tarix: 08 Jul 2026 10:34
ABŞ-ın İrana endirdiyi yeni zərbələr tamamilə zəruri idi.
APA xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte Alyans liderlərinin Ankarada keçirilən sammiti öncəsi jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, atəşkəs qüvvədə olduğu halda İran onu pozur və buna görə də ABŞ-ın qətiyyətli cavab verməsi vacibdir.
"Atəşkəs mövcuddursa və İran onu faktiki olaraq pozursa, hesab edirəm ki, ABŞ-ın buna qətiyyətlə reaksiya verməsi tamamilə zəruridir", - Rutte vurğulayıb.
Qeyd edək ki, ABŞ hərbi qüvvələri çərşənbə axşamı İrana qarşı yeni hava zərbələri endirib. Eyni zamanda Vaşinqton Tehrana neft satışına icazə verən lisenziyanı ləğv edib. Bu addımlar, Hörmüz boğazında üç tankerin vurulmasından sonra artıq kövrək vəziyyətdə olan atəşkəsə əlavə təzyiq göstərib.
İlqar Xudiyev atəşkəs ABŞ-İran NATO RutteMənbə: apa.az