Çərşənbə, 8 İyul, 2026
Tarix: 08 Jul 2026 10:18
İran parlamentinin sədri, İranın danışıqlar qrupunun rəhbəri Məhəmməd Baqir Qalibaf ABŞ-ı imzalanmış memorandumun əsas müddəalarını pozmaqda ittiham edib.
APA xəbər verir ki, Qalibaf “X” sosial şəbəkəsində paylaşdığı açıqlamada bildirib ki, ABŞ-ın neft sanksiyalarını yenidən tətbiq etməsi, İranın cənubuna hücumlar həyata keçirməsi, yeni zərbələrlə bağlı davamlı təhdidlər səsləndirməsi, həmçinin sionist təcavüzünü davam etdirməsi Tehranın mövqeyinə təsir göstərməyəcək.
"Qorxutma və hədə-qorxu dövrü başa çatıb. Bu, heç bir nəticə verməyəcək. Biz təslim olmayacağıq", – Qalibaf vurğulayıb.
İlqar Xudiyev Qalibaf İran-ABŞ memorandumu
Mənbə: apa.az