Rusiyanın Kiyevə zərbələri nəticəsində bir qadın ölüb - YENİLƏNİB

Rusiyanın Kiyevə zərbələri nəticəsində bir qadın ölüb - YENİLƏNİB

Tarix: 08 Jul 2026 10:14

Rusiyanın gecə saatlarında Kiyevə endirdiyi zərbələr nəticəsində bir qadın ölüb.

Bu barədə "RBC-Ukrayna" Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkoya və Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadən məlumat yayıb.

İlqar Xudiyev

***

08:07

Ukraynanın paytaxtı Kiyevdə iyulun 8-i səhər saatlarında yenidən partlayış səsləri eşidilib.

"RBK-Ukraina" xəbər verir ki, bu, gün ərzində şəhərdə qeydə alınan ikinci partlayış olub.

Kiyev Şəhər Hərbi Administrasiyası saat 04:46-da paytaxtda hava həyəcanı elan edildiyini açıqlayaraq sakinləri dərhal sığınacaqlara enməyə çağırıb.

Ukrayna Hərbi Hava Qüvvələri isə Kiyev istiqamətində reaktiv pilotsuz uçuş aparatının hərəkət etdiyini bildirib.

Məlumata görə, hava həyəcanı siqnalı ilə eyni vaxtda şəhərdə güclü partlayış səsi eşidilib. İlkin ehtimala əsasən, partlayış hava hücumundan müdafiə qüvvələrinin pilotsuz uçuş aparatını vurması nəticəsində baş verib.

Kiyev Ukrayna partlayış hava hücumu

Mənbə: apa.az

Xəbər Lenti