Çərşənbə, 8 İyul, 2026
Tarix: 08 Jul 2026 11:42
Yunanıstanın Baş naziri Kiryakos Miçotakis F-35 məsələsi ilə bağlı ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlamalarını şərh etməkdən imtina edib.
APA-nın Ankaraya ezam olunmuş müxbiri xəbər verir ki, Miçotakis ittifaqların əsas prinsiplərə və yaxşı qonşuluq münasibətlərinə söykənməli olduğunu vurğulayıb.
“Bütün NATO müttəfiqlərinin həssaslıqları nəzərə alınmalıdır. Problemlərin böyük əksəriyyətinin yalnız yaxşı qonşuluq anlayışı ilə həll oluna biləcəyinə inanırıq”, – deyə o bildirib.
Baş nazir Ankara ilə münasibətlərə də toxunaraq, “Ankaraya səfər etmək hər zaman xoşdur”, - deyə qeyd edib.
Dəryanur CəfərovaMənbə: apa.az