İsveç Ukraynaya əlavə 16 Gripen qırıcısını təmənnasız verəcək

İsveç Ukraynaya əlavə 16 Gripen qırıcısını təmənnasız verəcək

Tarix: 08 Jul 2026 11:37

İsveç Ukraynaya əvvəl elan edilən 16 deyil, ümumilikdə 32 Gripen qırıcısı təqdim edəcək.

APA xəbər verir ki, bunu İsveçin Baş naziri Ulf Kristersson NATO sammitində çıxışı zamanı bildirib.

"Biz 16 ədəd Gripen E qırıcısının tədarükünə dair saziş imzalamışıq. Eyni zamanda əvvəlki nəsildən olan daha 16 işlənmiş Gripen qırıcısını Ukraynaya ödənişsiz təqdim edəcəyik", – Kristersson bildirib.

Beləliklə, İsveç Ukraynaya ümumilikdə 32 Gripen qırıcısı ayıracaq. Bunlardan 16-sı yeni nəsil Gripen E təyyarələri, digər 16-sı isə əvvəlki nəsildən olan işlənmiş qırıcılardır.

İlqar Xudiyev Grippen qırıcıları İsveç Ukrayna

Mənbə: apa.az

Xəbər Lenti