ATƏT PA Gürcüstanla bağlı tənqidi qətnamə qəbul edib

ATƏT PA Gürcüstanla bağlı tənqidi qətnamə qəbul edib

Tarix: 08 Jul 2026 13:36

ATƏT Parlament Assambleyasında (PA) Gürcüstanla bağlı tənqidi qətnamənin yer aldığı "Haaqa bəyannaməsi"ni qəbul edilib.

APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstan nümayəndə heyəti etiraz əlaməti olaraq bəyannamənin səsə qoyulduğu plenar iclası tərk edib.

Müəllifi ABŞ konqresmeni Co Uilson olan qətnamədə Gürcüstanda 2024-cü ilin oktyabrın 4-də keçirilmiş parlament seçkiləri ilə bağlı narahatlıq bildirilib, ölkədə son dövrlərdə qədul olunmuş bəzi qanunlar tənqid edilib.

ATƏT PA Gürcüstan hakimiyyətini "siyasi məhbuslar"ı azadlığa buraxmağa, əsas azadlıqları məhdudlaşdıran bütün qanunvericilik aktlarını ləğv etməyə çağırıb.

Qurumda Gürcüstan nümayəndə heyətinin üzvü, parlamentin Avrointeqrasiya komitəsinin sədri Levan Maxaşvili çıxışında deyib ki, ikili standartlar ATƏT PA-nı gücləndirmir, əksinə, onu daxildən məhv edir. O, PA-nı yalnız faktlara əsaslanmağa çağırıb.

Qeyd edək ki, Gürcüstan hakimiyyəti qətnaməni qərəzli hesab edir və sənəddə yer alan ittihamları əsassız, şərhləri birtərəfli adlandırır. Ölkənin xarici işlər naziri Maka Boçorişvili Gürcüstanla bağlı məsələlərin beynəlxalq platformalarda siyasi məqsədlər üçün istifadəsini qəbuledilməz olduğunu bildirib.

Cəmilə Babayeva

Mənbə: apa.az

Xəbər Lenti