Çərşənbə, 8 İyul, 2026
Tarix: 08 Jul 2026 14:31
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara Rusiya ilə mövcud əlaqəli kanallarından istifadə edərək Putini Ukrayna ilə danışıqlar masasına gətirməyə çalışır.
APA xəbər verir ki, Ərdoğan bu barədə Ankarada keçirilən NATO sammitində çıxışı zamanı danışıb.
"Ukraynaya dəstəyimizi davam etdirərkən, eyni zamanda Rusiya ilə əlaqəli kanallarımızdan istifadə edərək onu sülhə yönəltməyə çalışırıq. Ukraynadakı müharibə ilə bağlı cənab Trampın sülh baxışını bölüşürəm", – Türkiyə Prezidenti bildirib.
Ərdoğan əlavə edib ki, ABŞ Prezidenti Donald Trump-ın Ukraynanın prioritet ehtiyaclarının siyahısının (PURL) hazırlanması təşəbbüsünü də dəstəkləyir.
İlqar Xudiyev Ərdoğan NATO Rusiya-Ukrayna sülh danışıqlarıMənbə: apa.az