Cümə axşamı, 29 Yanvar, 2026
Tarix: 05 Dec 2023 00:15
“Biz İsrailin mülki insanları qəsdən öldürdüyünə dair dəlil görmədik”.
“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Qəzzadakı hadisələrlə bağlı danışarkən deyib.
Qəzzada mülki itkiləri qiymətləndirən Miller, “ABŞ bu əməliyyat nəticəsində mülki itkilərin yenə olacağını gözləyir, təəssüf ki, bu, bütün müharibələr üçün belədir”, - bildirib.
“İsrailin hədəflənən təxliyyələri bütöv bir şəhəri boşaltın deməklə müqayisədə irəliləyişdir. İsrailin Qəzzanın cənubundakı əməliyyatında daha az mülki köçkün, şimaldan daha az itki olub. İsrailə mülki vətəndaşların itkisinə diqqət yetirməsi ilə bağlı fikrimizi çatdırırıq”,- o əlavə edib.