Cümə axşamı, 29 Yanvar, 2026
Tarix: 05 Dec 2023 15:15
Rusiya Prezidenti Vladimir Putin dekabrın 6-sı Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) və Səudiyyə Ərəbistanına işgüzar səfər edəcək.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Kremlin rəsmi sözçüsü Dmitri Peskov açıqlayıb.
Onun sözlərinə görə, Putinin sözügedən ölkələrə səfərləri 1 sutkadan artıq vaxt tələb etməyəcək.