Cümə axşamı, 29 Yanvar, 2026
Tarix: 05 Dec 2023 16:17
NATO Baş katibinin müavini Mirça Ceoana Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşəcək.
APA xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, görüş Gürcüstan rəsmisinin Brüsselə səfəri çərçivəsində dekabrın 6-da NATO-nun baş qərargahında baş tutacaq. Parlament sədri NATO-Gürcüstan Komissiyasının iclasında da iştirak edəcək.