Lex Valensa koronavirusa yoluxub

Tarix: 06 Dec 2023 01:43

Polşanın keçmiş Prezidenti (1990-1995) Lex Valensa koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, feysbukda paylaşım edib.

Valensa xəstəxana çarpayısında çəkilmiş fotosuna “COVID məni vurdu”, - sözlərini əlavə edib.

Qeyd edək ki, Lex Valensa Polşa dövlət və siyasət xadimidir. O, “Həmrəylik” ictimai hərəkatının yaradıcılarından biri və lideridir. (1980-1991). Həmçinin o, 1983-cü ildə Nobel Sülh Mükafatına layiq görülüb.

Xəbər Lenti