Cümə axşamı, 29 Yanvar, 2026
Tarix: 06 Dec 2023 10:55
İnterpol tərəfindən “qırmızı bülleten”lə axtarılan Shaun Monaghan adlı şəxs İstanbulda saxlanılıb.
“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlayıb.
Sözügedən şəxsin İngiltərədə narkotik vasitələrin alveri ilə məşğul olan bir təşkilatın üzvü olduğu bildirilir.
Monaghan İstanbulda həyata keçirilən “Qəfəs-16” əməliyyatı zamanı saxlanılıb.