Çərşənbə, 12 Avqust, 2026
Tarix: 12 Aug 2026 13:24
2026-cı ilin avqust ayının 1-nə respublika üzrə uçotda olan 1.715.746 vergi ödəyicisinin 86,7 faizi fiziki şəxslər, 13,3 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.
"APA-Economics" bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 4,8 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,6 faiz, hüquqi şəxslərin sayı 5,9 faiz artıb.
İlahə Səlimova vergi ödəyiciləriMənbə: apa.az