OPEC iyul ayında Azərbaycanda gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb

OPEC iyul ayında Azərbaycanda gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb

Tarix: 12 Aug 2026 16:09

Bu ilin iyul ayında Azərbaycanda ortalama gündəlik xam neft hasilatı 453 min barel səviyyəsində olub, bu da aylıq müqayisədə 4 min barel azalma deməkdir.

"APA-Economics"in Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına istinadən verdiyi məlumata görə, iyun ayında qeyd olunan göstərici 457 min barel səviyyəsində olub.

Məlumata əsasən, ilin birinci rübündə Azərbaycanda ortalama gündəlik xam neft hasilatı 454 min barel, ikinci rübündə isə 457 min barel təşkil edib. Beləliklə, ilin ikinci rübündə qeyd olunan göstəri 3 min barel artıb.

Bildirilir ki, 2025-ci ildə Azərbaycanda ortalama gündəlik xam neft hasilatı 461 min barel olub, bu da 2024-cü ilin göstəricisi ilə müqayisədə 20 min barel azdır.

Xatırladaq ki, Azərbaycan “OPEC+” razılaşmasının iştirakçısıdır. “OPEC+” OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması (bazarı tarazlamaq məqsədi ilə - red.) üzrə təşəbbüsdür. “OPEC+” ölkələri nazirlərinin əldə etdiyi razılığa görə, 2026-cı ilin sonunadək Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.

Beləliklə, Azərbaycan iyul ayında "OPEC+" çərçivəsində kvotasından 98 min barel geri qalıb.

Emil İsmayılov OPEC OPEC+ Azərbaycan neft hasilatı

Mənbə: apa.az

Xəbər Lenti