Qızıl və gümüş ucuzlaşıb

Qızıl və gümüş ucuzlaşıb

Tarix: 13 Aug 2026 09:23

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb.

“APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,3% azalaraq 4 454 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin sentyabr fyuçerslərinin qiyməti də 0,15% azalaraq 65.6 dollar təşkil edib.

İlahə Səlimova qızıl gümüş birja COMEX

Mənbə: apa.az

Xəbər Lenti