Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan elektroenergetika sahəsində yeni layihə üzrə danışıqlar aparır

Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan elektroenergetika sahəsində yeni layihə üzrə danışıqlar aparır

Tarix: 13 Aug 2026 09:14

Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan hökumətləri arasında elektrik enerjisinin yerüstü tranzit dəhlizinin yaradılması ilə bağlı danışıqlar aparılır.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini İnqa Pxaladze bildirib.

Onun sözlərinə görə, yeni təşəbbüs istənilən maraqlı ölkədən, ilk növbədə qonşu ölkələrdən elektrik enerjisinin Gürcüstan vasitəsilə Avropaya çatdırılmasını təmin edəcək.

Bu, iqtisadi cəhətdən çox vacib və maraqlı bir təşəbbüsdür, belə ki, tranzitlə yanaşı Gürcüstan öz elektrik enerjisini də ixrac edəcək və bu da öz növbəsində yerli biznesi, ölkədə energetika sahəsinin yüksək səviyyədə inkişafını dəstəkləyəcək”, - nazir müavini əlavə edib.

Cəmilə Babayeva Azərbaycan Gürcüstan Türkiyə Bolqarıstan elektroenergetika

Mənbə: apa.az

Xəbər Lenti