Zərərli orqanizmlərə görə toxumluq əkinlər üçün kompensasiya ödənilməsi qaydası hazırlanacaq

Zərərli orqanizmlərə görə toxumluq əkinlər üçün kompensasiya ödənilməsi qaydası hazırlanacaq

Tarix: 13 Aug 2026 16:36

Zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və ləğvi nəticəsində məhv edilən toxumlara və toxumluq əkinlərə görə çəkilən xərclərin kompensasiya məbləğini və ödənilməsi qaydası müəyyənləşəcək.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Toxumçuluq haqqında” qanunun tətbiqi barədə imzaladığı Fərmanda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti beş ay müddətində zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və ləğvi nəticəsində məhv edilən toxumlara və toxumluq əkinlərə görə çəkilən xərclərin kompensasiya məbləğini və ödənilməsi qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

toxumçuluq toxum kompensasiya

Mənbə: apa.az

Xəbər Lenti