Cümə, 14 Avqust, 2026
Tarix: 14 Aug 2026 09:21
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb.
“APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,9% azalaraq 4 380,6 ABŞ dollarına bərabər olub.
COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin sentyabr fyuçerslərinin qiyməti də 1,41% azalaraq 64,08 dollar təşkil edib.
Emil İsmayılov COMEX qızıl gümüşMənbə: apa.az