ABŞ-ın İranı təhdid etməsindən sonra neftin qiyməti qalxıb

ABŞ-ın İranı təhdid etməsindən sonra neftin qiyməti qalxıb

Tarix: 14 Aug 2026 12:14

ABŞ-ın İranı qeyri-müəyyən müddətə dəniz blokadasına almaqla hədələməsindən sonra neft qiymətləri artmaqda davam edib.

“Al Jazeera” bunun qlobal xam neft tədarükü ilə bağlı narahatlıqların artması ilə əlaqədar olduğunu bildirib.

Məlumata görə, Brent markalı neftin fyuçersləri 90 sent və ya 1,03 faiz bahalaşaraq bir barel üçün 87,97 dollara çatıb. ABŞ-ın WTI markalı neftinin qiyməti isə 91 sent artaraq 82,16 dollar olub.

Bildirilib ki, ABŞ-ın İrana qarşı dəniz blokadası tətbiq etmək hədəsi Hörmüz boğazı və regiondan neft tədarükünün təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb. Dünyanın mühüm neft nəqli marşrutlarından biri olan bu boğazda hər hansı uzunmüddətli gərginlik qlobal bazarlara neft tədarükünün pozulması riskini yarada bilər.

İlqar Xudiyev İranın blokadası ABŞ neftin qiyməti

Mənbə: apa.az

Xəbər Lenti