Cümə, 14 Avqust, 2026
Tarix: 14 Aug 2026 16:39
Bu ilin I yarımili ərzində keçirilmiş 3500-ə yaxın elektron satınalmanın məbləği 1,7 milyard manat təşkil edib.
“APA- Economics” xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini Mirzə Mirzəyev Şamaxıda keçirilən “Dövlət satınalmaları: proses, iştirakçılar və nəzarət mexanizmləri” təlimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bəhs edilən dövrdə açılışı baş tutmuş müsabiqələr üzrə orta iştirakçı sayı 3,5 olub: “Bu ilin I yarımilində elektron satınalmalar nəticəsində dövlət büdcəsinə qənaət edilmiş məbləğ 294,3 milyon manat, qənaət edilmiş məbləğin ehtimal olunan qiymətdə xüsusi çəkisi isə 14,7% təşkil edib”.
İlahə Səlimova satınalma
Mənbə: apa.az