Zaporojye AES-in yerləşdiyi Enerqodara dron hücumu olub, ölən və yaralananlar var

Zaporojye AES-in yerləşdiyi Enerqodara dron hücumu olub, ölən və yaralananlar var

Tarix: 18 Aug 2026 10:42

Ukraynanın Zaporojye vilayətində yerləşən Enerqodar şəhərinə dron hücumlarında 1 nəfər ölüb, 15 nəfər yaralanıb.

“İnterfax”ın xəbərinə görə, hücum avtobus dayanacağına edilib.

Qeyd edək ki, Zaporojye AES Enerqodarda yerləşir.

Xatırladaq ki, Enerqodar şəhəri Rusiyanın nəzarətindədir.

Toğrul Quluzadə Enerqodar Zaparojiye Ukrayna dron hücumu

Mənbə: apa.az

Xəbər Lenti