Bazar, 30 Avqust, 2026
Tarix: 18 Aug 2026 11:04
Suriyanın İdlib vilayətindəki “Əbu-Duhur” hərbi aerodromu naməlum uçuş aparatının hücumuna məruz qalıb.
Bu barədə anonim təhlükəsizlik mənbəsi AFP-yə məlumat verib.
Tələfat barədə məlumat verilməyib.
Hücumla bağlı heç kim məsuliyyəti öz üzərinə götürməyib.
İsrail ordusu AFP-nin sorğusuna cavab verməkdən imtina edib.
Qeyd edək ki, hücuma məruz qalan hərbi aerodrom 2012-ci ildən bəri istifadə edilmir.
Xatırladaq ki, İsrail son iki il ərzində Suriyaya dəfələrlə hava hücumları təşkil edib.
Toğrul Quluzadə Suriya aerodrom hücumMənbə: apa.az