Çərşənbə, 19 Avqust, 2026
Tarix: 19 Aug 2026 00:30
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) iki üzvünə qarşı sanksiya tətbiq edib.
APA xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubionun bəyanatında bildirilib.
Sanksiyalar BCM-in sədri Tomoko Akane və qurumun nümayəndəsi Abdullay Seyeyə qarşı tətbiq olunub.
Rubio onları ABŞ-ın yurisdiksiyasına daxil olmayan ölkələrin rəsmilərinin təqibi və mühakimə olunması səylərində iştirak etməkdə ittiham edib.
Qeyd edək ki, Donald Tramp administrasiyası daha əvvəl də BCM-ə qarşı sanksiyalar tətbiq edib.
BMC ABŞ sanksiya məhkəmə
Mənbə: apa.az