İsrailin hava zərbəsi Qəzzada 17 nəfərin həyatına son qoyub

Tarix: 07 Dec 2023 02:03

İsrail ordusu Qəzza zolağının mərkəzi hissəsində yerləşən Maqazi qaçqın düşərgəsinin qərbində yerləşən evə zərbələr endirib.

APA-nın xəbərinə görə bu barədə Əl-Cəzirə telekanalı mənbələrə istinadən məlumat yayıb.

Kanalın məlumatına görə, atəş nəticəsində azı 17 nəfər həlak olub.

Hücum qurbanları arasında uşaqlar da var.

Xəbər Lenti