Rusiyada yeniyetmə qız məktəbdə atəş açıb, ölənlər və yaralananlar var - YENİLƏNİB

Tarix: 07 Dec 2023 11:13

Rusiyanın Bryansk şəhərində 7-ci sinif şagirdi qız məktəbdə odlu silahdan atəş açıb.

APA TASS-a istinadən xəbər verir ki, Bryansk şəhər administrasiyası hadisə zamanı 2 nəfərin öldüyünü, 4 nəfərin yaralandığını bildirib.

Ölənlərdən birinin hadisəni törədən qızın özü olduğu ehtimnal edilir.

***

10:55

Rusiyada məktəb şagirdi odlu silahdan atəş açıb.

APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd olunub ki, Rusiyanın Bryansk şəhərində 5 saylı gimnaziyanın səkkizinci sinif şagirdi odlu silahdan bir neçə dəfə atəş açıb.

Məktəbli qızın atəş açması nəticəsində xəsarət alanlar barədə məlumat dəqiqləşdirilir.

Xəbər Lenti