Cümə axşamı, 29 Yanvar, 2026
Tarix: 07 Dec 2023 22:03
Ermənistam xarici işlər naziri Ararat Mirzoyan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşüb.
APA xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tərəflər regional təhlükəsizlik və sabitliklə bağlı məsələlərə toxunublar.
"Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi prosesində son hadisələr və sülh sazişində tərəflərin yanaşmaları müzakirə edilib", - deyə qeyd olunub.