Özəlləşdirilmiş müəssisələrə son 5 ildə 145 mln. manatdan çox investisiya yatırılıb

Özəlləşdirilmiş müəssisələrə son 5 ildə 145 mln. manatdan çox investisiya yatırılıb

Tarix: 16 Sep 2026 16:17

Son beş il ərzində investisiya müsabiqəsi ilə özəlləşdirilmiş müəssisələrə 145 milyon manatdan çox investisiya yatırılıb.

“APA-Economics” xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) Dövlət əmlakının özəlləşdirilməsinin təşkili şöbəsinin böyük məsləhətçisi Kənan Əhmədov Qaradağda yerləşən “Fabriora” MMC-yə təşkil olunan mediatur zamanı jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, son dövrlərdə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən özəlləşdirmə sahəsində yanaşmalar təkmilləşdirilərək fəaliyyətini dayandırmış və xüsusilə də öz potensialından aşağı səviyyədə fəaliyyət göstərən müəssisələrin iqtisadi dövriyyəyə cəlb edilməsi və onların fəaliyyətinin bərpa olunması məqsədilə həmin müəssisələrin investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilməsinə üstünlük verilir:

“Nəzərinizə çatdırmaq istəyirəm ki, son beş il ərzində investisiya müsabiqəsi ilə özəlləşdirilmiş müəssisələrə 145 milyon manatdan çox investisiya yatırılmışdır. Bu yanaşmanın müsbət nümunələrindən biri də bu gün baxış keçirdiyimiz uşaq bezi və salfet kağızı istehsalı müəssisəsidir.

Bu gün baxış keçirdiyimiz müəssisə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən investisiya müsabiqəsi vasitəsilə satışa çıxarılmış, investisiya müsabiqəsinin qalibi isə Türkiyədə kimyəvi maddələr, uşaq bezi və gigiyenik məhsullar istehsal edən məşhur “Predo Sağlık Ürünleri” şirkətinin Azərbaycanda təsis etdiyi hüquqi şəxs olmuşdur. Tərəflər arasında 11 oktyabr 2024-cü il tarixində müqavilə imzalanıb”.

İlahə Səlimova Əmlak özəlləşdirmə

Mənbə: apa.az

Xəbər Lenti