Lavrov və Rubio sabah Nyu-Yorkda görüşəcək

Lavrov və Rubio sabah Nyu-Yorkda görüşəcək

Tarix: 23 Sep 2026 07:37

ABŞ dövlət katibi Marko Rubio ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş sentyabrın 23-də Nyu-Yorkda keçiriləcək.

APA xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin iş qrafikində məlumat verilib.

Görüşün yerli vaxtla saat 09:00-da başlaması planlaşdırılır. Danışıqlar BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçiriləcək və görüşün əvvəlində jurnalistlər üçün protokol çəkilişinin aparılması nəzərdə tutulur.

Rubio daha əvvəl Lavrovla görüşdə Ukraynadakı müharibənin də müzakirə olunacağını bildirib.

Görüşün əsas mövzularından birinin Ukrayna münaqişəsinin nizamlanması olacağı gözlənilir. Tərəflərin BMT çərçivəsində Rusiya-ABŞ münasibətləri və digər məsələləri də müzakirə edəcəyi bildirilir.

ABŞ BMT Lavrov Rubio

Mənbə: apa.az

Xəbər Lenti