“Putin seçkilərdə iştirakını həmkarları ilə müzakirə etməyib”

Tarix: 08 Dec 2023 16:10

Rusiya Prezidenti Vladimir Putin 2024-cü ildə prezident seçkilərində iştirak etmək niyyətində olduğunu öz xarici həmkarları ilə müzakirə etməyib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Kremlin rəsmi sözçüsü Dmitri Peskov açıqlayıb.

Belə ki, Peskov jurnalistlərin müvafiq sualına “Xeyr” deyə cavab verib.

Xatırladaq ki, V.Putin gələn il martın 17-də keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.

Xəbər Lenti