Tramp süni intellekt əsaslı dövlət xidmətləri platformasının yaradılmasına dair sərəncam imzalayıb

Tramp süni intellekt əsaslı dövlət xidmətləri platformasının yaradılmasına dair sərəncam imzalayıb

Tarix: 30 Sep 2026 00:57

ABŞ Prezidenti Donald Tramp vətəndaşlara dövlət xidmətlərinin göstərilməsi üçün süni intellekt əsasında vahid rəqəmsal platformanın yaradılması haqqında sərəncam imzalayıb.

APA xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

“Bu gün Prezident Donald Tramp amerikalıların federal hökumətin məlumat və xidmətlərinə onlayn çıxışı üçün vahid rəqəmsal platforma olan America.gov-u istifadəyə verib. Hazırda amerikalılar America.gov-da istənilən sualı verərək aktual cavab ala bilərlər”, – məlumatda qeyd olunub.

Platformada istifadəçilər, məsələn, biznesin qeydiyyatdan keçirilməsi və ya nikahdan sonra soyadın dəyişdirilməsi kimi məsələlərlə bağlı sorğu göndərə bilərlər.

Süni intellekt sistemi sorğunu təhlil edərək istifadəçiyə addım-addım həll yolu təqdim edir və müvafiq dövlət qurumlarının saytlarına keçidlər verir.

Ağ Evin məlumatına görə, gələcəkdə platformanın funksional imkanlarının genişləndirilməsi planlaşdırılır.

Donald Tramp ABŞ America.gov süni intellekt

Mənbə: apa.az

Xəbər Lenti