ABŞ-da ilk kommersiya tipli kiçik modul reaktorunun tikintisinə icazə verilib

ABŞ-da ilk kommersiya tipli kiçik modul reaktorunun tikintisinə icazə verilib

Tarix: 30 Sep 2026 01:53

ABŞ Nüvə Tənzimləmə Komissiyası ölkədə ilk kommersiya tipli kiçik modul reaktorunun tikintisinə icazə verib.

APA xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda bildirilib.

Komissiya “Tennessee Valley Authority” şirkətinə ABŞ-ın Tennessi ştatının şərqində ölkənin ilk kiçik modul reaktorunu tikmək üçün icazə verib. Tənzimləyici qurum layihənin qiymətləndirilməsini 14 ay ərzində həyata keçirib.

Söhbət “GE Vernova Hitachi” şirkəti tərəfindən layihələndirilmiş 300 MVt gücündə nüvə reaktorundan gedir.

Komissiya qeyd edib ki, reaktorun istismarına başlanılması üçün “Tennessee Valley Authority” ayrıca lisenziya almalıdır.

ABŞ nüvə enerjisi kiçik modul reaktor Tennessi

Mənbə: apa.az

Xəbər Lenti