“Ukrayna əsgərlərinin yerləşdirildiyi mərkəzlər vurulub” 
 - Rusiya MN

“Ukrayna əsgərlərinin yerləşdirildiyi mərkəzlər vurulub” - Rusiya MN

Tarix: 09 Dec 2023 01:47

“Biz Ukrayna ordusunun hərbi hava limanının infrastrukturuna hücum həyata keçirdik”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu fikirləri Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov jurnalistlərə açıqlamsı zamanı bildirib.

“Rusiya Silahlı Qüvvələri dekabrın 3-8-də Ukrayna Silahlı Qüvvələrinin hərbi hava limanı infrastrukturuna yüksək dəqiqlikli silahlar və PUA-larla 30 ardıcıl hücum həyata keçirib. Sursat anbarları, hərbi texnika və yanacaq anbarları vurulub. Bundan başqa, Ukrayna əsgərlərinin yerləşdirildiyi mərkəzlər də vurulub”, - deyə Konaşenkov vurğulayıb.

Mənbə: qafqazinfo.az

Xəbər Lenti