Rumıniya milli azlıqlar haqqında Ukrayna qanununa dəyişiklikləri təqdir edib

Tarix: 09 Dec 2023 05:24

Rumıniya Ukraynanın Avropa Şurası və Avropa İttifaqının tövsiyələrini nəzərə alaraq milli azlıqlarla bağlı qanunvericiliyə düzəlişləri təsdiq etməsini alqışlayır.

APA-nın xəbərinə görə, bu barədə Rumıniyanın xarici işlər naziri Luminica Odobeskunun X səhifəsində məlumat verilib.

Rumıniya XİN rəhbərinin sözlərinə görə, məsləhətləşmələr zamanı tərəflər ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi üzərində işləmək barədə razılığa gəliblər.

Xəbər Lenti