Şənbə, 10 Oktyabr, 2026
Tarix: 09 Oct 2026 20:01
Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində avtomobildə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, hadisə yerinə əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində “Mercedes Vito” markalı avtomobildə baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Xəsarət alan olmayıb.
avtomobil yanğın Abşeron FHN
Mənbə: apa.az