Çərşənbə axşamı, 24 Noyabr, 2026
Tarix: 24 Nov 2026 18:43
"Azərbaycanın Ermənistana yüklərin tranzitinə icazə verməsindən sonra bu daşımalar Azərbaycan və Gürcüstanın nəqliyyat sistemləri vasitəsilə həyata keçirilir".
APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili ilə mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, Azərbaycanın Ermənistana bir sıra malların, ilk növbədə isə neft məhsullarının tədarükünə başlaması da Gürcüstanın nəqliyyat sistemi vasitəsilə həyata keçirilən tranzit hesabına mümkün olub:
“Gürcüstan Cənubi Qafqazda formalaşan yeni reallıqlar fonunda etimad quruculuğu tədbirlərinə və regionda yeni münasibətlərin formalaşmasına mühüm töhfə verir”.
Nazir bu töhfəyə görə Gürcüstan tərəfinə təşəkkür edib.
Firuzə Vahid Ceyhun Bayramov Gürcüstan Baş nazirinin müavini Gürcüstan xarici işlər naziri Maka BoçorişviliMənbə: apa.az