Çərşənbə axşamı, 24 Noyabr, 2026
Tarix: 24 Nov 2026 18:40
Cəlilabad rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2 nəfər (1 qadın, 1 kişi) bu gün saat 14:00 radələrində Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə APA -nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş hesab edildiyi üçün ambulator müalicə üçün evə buraxılıblar.
***
14:23
Cəlilabadda iki avtomobil toqquşub, xəsarət alanlar var.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Cəlilabad rayonunun Abdullu kəndində baş verib.
"VAZ-21099" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alanlar olub.
Yaralılar dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.
İlkin Rzayev Cəlilabad yol qəzaMənbə: apa.az