, 21 Dekabr, 2025
Tarix: 10 Dec 2023 02:05
Türkiyədə avtobus, mikroavtobus və qoşqulu nəqliyyat vasitəsinin (karavan) iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, bu barədə "Haber Türk" məlumat yayıb.
Əskişəhərdə baş verən qəzada 14 nəfər xəsarət alıb.
Xəstəxanaya çatdırılan yaralılardan ikisinin - mikroavtobusda olanların həyati təhlükəsinin olduğu bildirilib.
