Misirdə prezident seçkiləri keçirilir

Tarix: 10 Dec 2023 11:35

Misirin bütün əyalətlərində prezident seçkiləri üçün seçki məntəqələri açılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Agentliyin məlumatına görə, səsvermə yerli vaxtla saat 09:00-da başlayıb. Seçkilər üç gün - dekabrın 10, 11 və 12-də davam edəcək. Təxminən 67 milyon misirlinin seçkilərdə səs vermək imkanı var. Ölkə üzrə 9376 seçki məntəqəsi fəaliyyət göstərəcək.

14 beynəlxalq təşkilat müşahidəçi qismində təmsil olunacaq. 

Xəbər Lenti